BAKI, 16 yanvar. TELEQRAF
Qırğızıstanda təkrar emal olunan kağız və kartonun ixracına moratorium tətbiq edilib.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan KİV məlumat yayıb.
Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, təsnif edilmiş malların ixracı altı ay müddətinə qadağan olunur. Bu tədbirlər daxili bazarın əlçatan xammalla təmin edilməsinə yönəlib.