BAKI, 14 oktyabr. TELEQRAF
“Qazaxıstanda parlament islahatlarının həyata keçirilməsi zamanı ölkədə prezident idarəetmə sistemi aktual olaraq qalacaq”.
Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
Tokayev parlament islahatına həsr olunmuş işçi qrupunun ilk iclasında bildirib:
“Dövlətimizin əsaslı modernləşdirilməsi strategiyasını davam etdirmək vacibdir. Bu zaman “Güclü prezident, nüfuzlu parlament, hesabatlı hökumət” konsepsiyasına əsaslanmaq lazımdır. Beləliklə, prezident idarəetmə sistemi ölkəmizdə öz aktuallığını qoruyacaq”.