BAKI, 26 sentyabr. TELEQRAF

“Hindistan və Pakistan arasında nüvə müharibəsi ehtimalı olduqca aşağıdır, hər iki ölkə belə bir münaqişə ssenarisindən yayınmağa hazır olduqlarını göstəriblər”.

Teleqraf xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi deyib.

“Hindistan və Pakistan arasında nüvə müharibəsi ehtimalından danışırsınız. Bu, tamamilə ağlasığmaz bir şeydir. Məncə, aralarındakı bütün çəkişmələrə baxmayaraq, bundan xeyli dərəcədə yayına biliblər. Məhz belə də olmalıdır”, - AEBA rəhbəri jurnalistlərə bildirib.