BAKI, 25 avqust. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkiana telefonla ABŞ ilə Alyaskada keçirilən sammitin nəticələri barədə məlumat verib.
Teleqraf xəbər verir ki, söhbətin məzmunu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya və İran prezidentləri İranın nüvə proqramı ilə bağlı və Cənubi Qafqazdakı vəziyyəti də müzakirə ediblər.
“İranın nüvə proqramı ətrafında vəziyyətə və Cənubi Qafqaz regionunda baş verən hadisələrə də toxunulub”, - Rusiya tərəfinin açıqlamasında deyilib.
Rusiya prezidenti ilə söhbətində İran lideri Ukrayna münaqişəsinin həllinə yönəlmiş diplomatik səyləri dəstəklədiyini bildirib.
Tərəflər həmçinin Rusiya-İran əməkdaşlığının gücləndirilməsinə sadiq olduqlarını təsdiqləyib və Çində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində görüşməyə razılaşıblar.