BAKI, 23 iyun. TELEQRAF
Yaponiya Baş naziri Siqeru İsibanın qarşıdakı NATO sammitində iştirak etməyəcəyi gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə Yaponiyanın “NHK” televiziya kanalı məlumat yayıb.
Bu qərarın arxasında əsas səbəblərdən biri ABŞ-nin İrana endirdiyi son hərbi zərbə və tədbirdə Prezident Donald Trampın iştirak etməyəcəyi ehtimalıdır.
Mənbələrin bildirdiyinə görə, Vaşinqtonun Yaxın Şərqdəki hərbi aktivliyi fonunda sammitin gündəliyində dəyişikliklər baş verə bilər və bu, Tokio üçün siyasi baxımdan arzuolunmaz situasiyaya çevrilə bilər. Bundan əlavə, Donald Trampın sammitə qatılmayacağı ehtimalı da Yaponiyanın iştirak qərarına təsir edən amillər sırasındadır.
Qeyd edək ki, Yaponiya NATO-ya üzv olmasa da, təşkilatla tərəfdaşlıq əlaqələrinə malikdir və son illərdə yüksək səviyyəli tədbirlərdə fəal iştirak edir.