Şimali Afrikada Ebola virusunun yayılmasına qarşı mübarizə tədbirlərini koordinasiya etməklə məşğul olan BMT nümayəndəsi David Naborro vəziyyəti müharibə ilə müqayisə edib. musavat.com-un BBC-yə istinadla verdiyi xəbərə görə, Naborro virusa qalib gəlmək üçün hələ yarım il də lazım olacağını söyləyib.

Bu arada dünyada Ebola infeksiyasına qarşı effektli pqyvənd axtarışı davam edir. Belə ki, Kanada firmasının təmsilçiləri bildiriblər ki, test zamanı ölümcül virusa yoluxdurulmuş 4 meymun hazırlanan peyvəndin vurulması nəticəsində sağ qalıb.

Öz növbəsində Yaponiya hökuməti Ebolanın müalicəsi üçün preparat təqdim eləməyə hazırdılar, hərçənd, bu preparat hələlik Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən rəsmən bəyənilməyib. 

Bu günə Şimali Afrikada 1400 nəfər Ebola virusunun qurbanı olub. 

 

Xəbər lenti