|
Məşhur erməni hüquq müdafiəçisi Vahe Avetyanın gözlənilmədən Bakıda peyda olması ötən günün ən böyük sensasiyası oldu. V.Avetyan – siyasi mühacir və Sarkisyan rejiminin daimi tənqidçisidir, hazırda İsveçdə yaşayır. Bundan başqa, V.Avetyan – Xocalı soyqırımına görə açıq üzr istəmiş azsaylı erməni ictimai xadimlərindən biridir.