Bu ilin noyabr ayının 26-da Bakı şəhəri, Suraxanı rayonunda fəaliyyət göstərən “Cümə” məscidinə törədilmiş yanğının iştirakçıları həbs edilib. 

Teleqraf.az-ın xəbərinə görə, bu barədə MTN-in yaydığı məlumatı incələdikdə ortaya daha da ilginc faktlar çıxır. Həbs olunanların hər ikisi, Nəsibov Namiq Kamil oğlu və Ələkbərov Elnur Tahir oğlu Azərbaycanda fəaliyyət göstərən “Ronai Kürd Mədəniyyət Mərkəzi”nin üzvləridir.

Sosial şəbəkələrin aktiv iştirakçıları olan bu adamlar, Kürd mədəniyyəti adı altında PKK terror təşkilatının lideri Abdullah Ocalanın təbliğatçıları kimi tanınırlar. Nəsibov Namiq isə bu təşkilatın sədir müavinidir. Bir neçə ay bundan qabaq mətbuatda  Bakının küçələrində üzərində PKK terror təşkilatının lideri Abdullah Ocalanın şəkli olan köynəkdə gəzən şəxs barədə informasiyalar getmişdir. Həmin zaman Ocalanın təbliğatını apardığı üçün Nəsibov Namiq polis bölməsinə çağrılaraq xəbərdarlıq almışdir.

MTN-nin yaydığı xəbərdə bildirilir ki, Namiq Nəsibovun 2014-cü ilin avqust-sentyabr aylarında Suriyada PKK terror təşkilatının nəzarətində olan ərazilərə gedərək oradakı döyüşlərdə iştirak etdiyi müəyyən olunub. Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərovla birgə PKK terror təşkilatının Azərbaycanda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıblar. Bütün bunlar onu göstərir ki, qardaş Türkiyə Cümhuriyyətində baş qaldıran PKK terrorunun Azərbaycanada gətirmək üçün çalışan ciddi qüvvələr var. “Ronai Kürd Mədəniyyət Mərkəzi”nin Azərbaycanda sərbəst şəkildə fəaliyyət göstərməsi, hətta bu PKK yönümlü təşkilata güya mədəniyyət təbliğatı adı ilə televiziya efirlərində verilişlər hazırlanmasına, mədəniyyət salonlarında bunların konsertlərinin təşkil olunmasına şərait yaradılması bu terrorçuların Azərbaycanda da himayədarlarının az olmadığından xəbər verir.

P.S. Yəqin ki bu cinayətdən sonra “Ronai Kürd Mədəniyyət Mərkəzi”nin fəaliyyətinin ləğv edilməsinin şahidi olacağıq.

 




 

Xəbər lenti