“Ermənistanın tutduğu mövqe dəyişmir və beynəlxalq qüvvələr Ermənistanı müdafiə edir. Buna görə də biz ordu gücümüzü artırmağa maraqlı olmalıyıq”. Bunu deyən millət vəkili Fəzail Ağamalının sözlərinə görə, müdafiə naziri Zakir Həsənovun atdığı addımlar onun kabinet naziri deyil, əsgərlər arasında olan hərbi nazir olduğunu göstərir: “ Hərbi quruculuq işləri ordumuzun daha operativ və çevikliyini artırmağa yönəlib”.

Deputat Fazil Mustafanın sözlərinə görə hərbi rütbələrin verilməsinə görə müddətlər müəyyən olunsa da, hərbçilər həmin rütbələri ala bilmirlər. “Elə hərbçilər var ki, vaxtında hərbi rütbə ala bilmirlər. Buna maneə yaradan vəzifəli şəxslər məsuliyyətə cəlb olunmalıdır. Müəyyən olunan müddətdən sonra hərbçilər rütbə ala bilmirlərsə, bu vəzifəli şəxslərin öz səlahiyyətlərindən sui-istifadə etməsidir”. Fazil Mustafa onu da qeyd edib ki, şəhid ailələri qan pulunu ala bilmədiklərinə görə Milli Məclisi təqsirləndirirlər. “Biz parlament olaraq üzərimizə düşən vəzifəni yerinə yetirmişik. Parlament qanun qəbul edib, onun icrasını isə aidiyyatı orqanlar həyata keçirməlidir”.

Xəbər lenti