|
Siyasi məhbusların vahid siyahısını hazırlayan İşçi Qrup bəyan edir ki, indiyədək verilən əfv sərəncamları ilə və cəza müddətlərinin başa çatması nəticəsində elan olunmuş 98 nəfərlik siyahıda adları olan şəxslərdən 26 nəfəri azadlığa çıxıb. Buna görə də onların adları siyahıdan çıxarılıb. Amma siyasi məhbusların vahid siyahısı hazırlanıb ictimaiyyətə təqdim ediləndən sonra da siyasi motivli həbslər davam edib.