|
Uzunmüddətli sabit məzənnədən sonra fevralın 21-də baş verən birinci devalvasiyada manat 34,6 faiz, dekabrın 21-də isə 47,6 faiz ucuzlaşmaya məruz qaldı. Manatın dollar qarşısında dəyərsizləşməsi ölkədə bahalaşma dalğasına rəvac verdi. İlk devalvasiyadan sonra ərzaq və qeyri-ərzaq məhsullarında real olaraq 20-25 faizlik bahalaşma müşahidə edildiyi halda, ikinci şok devalvasiya məhsulların qiymətinin 30-50 faiz arasında artımına gətirib çıxarıb.