|
"Demokratik Qüvvələrin Milli Şurası bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak etməyəcək".
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sentyabrın 27-nə təyin etdiyi qurultaya yer ayrılması üçün etdiyi müraciətə cavab verib.
Bütöv Azərbaycan Ocaqları (BAO) İranın tanınmış din xadimlərindən olan Ayətullah Nuri Həmədaninin ölkəmizdə səfərdə olarkən etdiyi çıxışlar ilə əlaqədar bəyanat yayıb.
Teleqraf.az Bütöv Azərbaycan Ocaqlarının (BAO) bəyanatını təqdim edir:
Klassik Xalq Cəbhəsi Partiyasının mənzil qərargahında "AZADLIQ-2015" siyasi partiyalar blokuna daxil olan partiyaların sədrləri ilə ABŞ səfəri cənab Sekutanın görüşü keçirilib.
"Sentyabr ayı ərzində Azərbaycanda iqtidarla müxalifət arasında görüşün keçirilməsi gözlənilmir".
Azad Demokratlar Partiyası (AzDP) "Azadlıq-2015" seçki blokunu tərk edib.
Bu barədə "Report"a AzDP sədri Sülhəddin Əkbər məlumat verib. O bildirib ki, qərar partiyanın Ali Məclisinin iclasında qəbul edilib: "Ədliyyə Nazirliyi Azad Demokratlar Partiyasını dövlət qeydiyyatına almadı. Onun üçün biz blokdan çıxdıq".
AXCP Ağstafa rayon şöbəsi Razi Nurullayevin yaratdığı AXCP –yə keçdi.
1 noyabrda keçiriləcək parlament seçkilərində iştirak etmək barədə qərar qəbul edən Müsavat Partiyası, “REAL” Vətəndaş Hərəkatı və “NİDA” Vətəndaş Hərəkatı seçkilər dövründə fəaliyyətlərinin uzlaşdırılması barədə razılığa gəlib. Həmin təşkilatlar sentyabrın 4-də bu barədə birgə bəyanat qəbul ediblər.
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında Milli Məclisə keçiriləcək seçkilərlə bağlı “Azadlıq-2015” seçki blokunun qeydə alınması məsələsinə baxılıb.
REAL Hərəkatının bu il noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə namizəd olacaq üzvlərinin siyahısı açıqlanıb.