Freedom House: “Azərbaycanın Keçid Ölkələri balı (NIT) son onildə demək olar hər il pisləşib, reytinqi hətta Rusiya, Tacikistan və Belarusdan da arxada qalıb”

Avropada və Avrasiyada demokratikləşdirmə cəhdləri avtoritar dövlətlərin və digər rəqiblərinin yeni, getdikcə aqressivləşən hücumlarına məruz qalır. Freedom House hüquq-müdafiə təşkilatının iyunun 23-də açıqladığı “Keçid Ölkələri 2015” hesabatında belə deyilir.

Ardını oxu...

KXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

KXCP-ni mətbuat xidmətindən Teleqraf.az-a verilən məlumata görə,  iclasda qərarların icra vəziyyəti dəyərləndirilib, ictimai siyasi vəziyyətvə qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilib.

Yığıncaqda partiya orqanlarının həftə ərzində gördüyü işlər haqqındaməlumat verilib.

 KXCP Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin partiyanın Şəki, Oğuz və Kürdəmir şöbələrində keçirilən konfranslarla bağlı məlumatları dinlənilib. Konfransların KXCP Nizamnaməsinə uyğun keçirildiyi, seçkili orqanların tam formalaşdığı və KXCP III Qurultayına nümayəndələrin seçilmələri haqqında məlumatlar nəzərə alınıb. KXCP rayon şöbələrinin konfranslarının nəticələrinin tanınması haqqında qərar qəbul edilib.

KXCP rayon şöbələrinin həftə ərzində keçiriləcək konfranslarına QHüTK-dən nümayəndələr təyin edilib. 

28 iyun 2015-ci il tarixində, saat 11.00-da KXCP Ali Məclisinin növbəti sessiyasının çağrılması haqqında qərar qəbul edilib.

Anadan olmasının ildönümü münasibəti ilə - 24 iyun-Türklük günüdə, saat 12.00-da KXCP üzvləri tərəfindən Elçibəyin məzarını ziyarət edilməsi qərarlaşdırılıb. 

Yığıncaqda ictimai-siyasi vəziyyət müzakirə edilib.

KXCP Avropa İnsan Haqları Məhkəməsinin laçınlı məcburi köçkünlər Çıraqov və digərlərinin Ermənistana qarşı iddialrının təmin edilməsi ilə bağlı qərarını təqdir edir. KXCP hesab edir ki, Azərbəycan hökümətinin və əlaqədar təşkilatların doğma yurdlarından didərgin düşmüş yüz minlərlə qaçqın və məcburi köçkünlərimizin haqlarının hüquq müstəvisində müdafiəsi istiqamətində sistemli fəaliyyət göstərməsi məqsədəuyğun olardı                                                    

Xəbər lenti