|
Klassik Xalq Cəbhəsi Partiyasının mənzil qərargahında "AZADLIQ-2015" siyasi partiyalar blokuna daxil olan partiyaların sədrləri ilə ABŞ səfəri cənab Sekutanın görüşü keçirilib.
Teleqraf.az xəbər verir ki, Görüşdə KXCP sədri Mirmahmud Mirəlioğlu, AXP sədri Pənah Hüseyn, BAP-nın sədri Elşad Musayev, VİP sədri Əli Əliyev, ACP sədri Sülhəddin Əkbər, "Azadlıq" partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyası sədrinin biinci müavini Qorxmaz İbrahimov iştirak ediblər.
Bir neçə gün əvvəlldən səfirliyin təşəbbüsü ilə razılaşdırılmış görüş 8-ə baştutmuşdur. 2 saata yaxın keçirilən görüşdə Azərbaycan-ABŞ münasibətləri, siyasi qüvvələr arasında dialoq, demokratiya, insan haqları, Qarabağ məsələsi, siyasi məhbuslar və digər məsələlər istiqamətində fikir mübadiləsi aparılmşdır.