|
AXCP Ağstafa rayon şöbəsi Razi Nurullayevin yaratdığı AXCP –yə keçdi.
Teleqraf.az xəbər verir ki, bununla bağlı Mediaxeberleri.az saytına AXCP Ağstafa rayon şöbəsinin sədri Marif Salahov bildirib. 25-ə yaxın dayaq dəstəsinin Razi Nurullayevi dəstəklədiyini bildirən Marif Salahov bunları deyib:
“Partiya daxilində baş alıb gedən eybəcərliklərə yox deyib, Razi Nurullayevi Ağstafa şöbəsinin 25-ə yaxın dayağı ilə dəstəkləyirəm.
AXCP-də davam edən gərginlik və qarşıdurma yenidən pik həddə çatmaqdadır. Partiyadan istefalar, o cümlədən qruplaşmaların açıq savaşa keçməsi AXCP-nin yenidən bölünmə və parçalanma mərhələsinə qədəm qoymasından xəbər verir. Vurğulayaq ki, Gözəl xanımı kişi üstünə göndərmələri də bir alçaqlıqdır.
Özləri də bilmir nə sərəkləyirlər. Bu xəstəlikdir - Jizofreniya diaqnozu ilə.
AXCP Ağstafa rayon şöbəsi yerindədir, tam heyətlə Razi bəyi dəstəkləyir.
Əli bəyə və müavinlərinə deyirəm, mənə göndərdiyiniz mesajlar əhəmiyyətsizdir.”
Biz düzgün yoldayıq.
Orda bir yol var uzaqda;
O yol bizim yolumuzdur...
Dönməsək də, varmasaq da.
O Yol bizim yolumuzdur...
(ƏBÜLFƏZ ELÇİBƏY)