Bərdə rayonunun 93 saylı seçki dairəsi üzrə keçirilən sosial sorğunun qalibi artıq məlumdur.Amia.az saytında 93 Saylı Bərdə Seçki Dairəsindən deputatlığa namizəd verən şəxslər arasında sosial soröu həyata keçirilmişdir. 17 yanvar tarixində start götürən bu sorğuda bu günlər ərzində ciddi rəqabət hiss olunmuş və 25 minə yaxın insan səs vermişdir. Səsvermə bu gün sona yetib və artıq dayandırılmışdır. Sorğunun qalibi 93 saylı Bərdə seçki dairəsi üzrə Əhmədova Xəyalə Yusif qızı olmuşdur.
Diqqətinizə çatdiraq ki, səslər bir IP ünvanından bir səs qeydə alınmasına icazə verilmişdi. Amia.az saytı qalibləri diplomla mükafatlandıracaq və oxucularına yaxın zamanda mükafatlandırma ilə bağlı xəbər verəcək.