|
Bu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14%, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 9,6% artıb. Hökümət isə bu ciddi qiymət artımının qarşısını almağa çalışmır.
Dünya bazarında neftin qiymətinin ucuzlaşması Azərbaycanın neftdən aslı olan iqtisadiyyatına ciddi zərər vurmaqda davam edir. Ard-arda baş verən develivasiyalar və bunun nəticəsində onsuz da az olan iş yerlərində baş verən kütləvi ixtisaralr vətəndaşlarımızın ağır olan sosial durumunu daha da ağırlaşdırılmasına səbəb olub.
Getdikcə ağırlaşan iqtisadi problemlərin qarşısını almaq üçün ölkəni neft aslılığından qurtararaq, qeyri neft sektorunun inkaf etdirilməsinə çalışmaq lazımdır. Ancaq neftdən aslılığı aradan qaldırdıqdan sonra iqtisadi inkşafa nail olmaq olar. Bunun üçün isə hökümət özündə güc taparaq iqtisadi monopoliyanın kökünü kəsməlidir.
Çox təəssüf ki, Azərbaycan hakimiyyətinin başı dövlətin büdcəsini talamağa elə qarışıb ki, qarşıda bizi gözləyən təhlükələri görmək imkanlarını itiriblər.
Hökümət gözünü açmalı və ölkənin neft sektorundan aslılığını aradan qaldırmalıdır. Regionların inkşafı və iqtisadi islahatların həyata keçirilməsi baş verməzsə, ölkəni çox acınacaqlı şərait gözləyir. Getdikcə baş verən iqtisadi və sosial problemlərin artması Azərbaycan vətəndaşlarının ölkəni tərk edərək, yaxın dövlətlər olan Rusiayada və Türkiyədə ucuz işçi qüvvəsi olaraq çalışmağa məcbur edəcəkdir.
Unutmayaq ki vətəndaşımızın rifahı, dövlətimizin rifahının ayrımaz hissəsidir.
Elxan Mehdiyev