|
Abşeron rayonunda qətl hadisəsi baş verib.
Musavat.com-un məlumatına görə, qanlı hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Muxtarova Lalə Arif qızı həyat yoldaşı tərəfindən dəmir parçası ilə döyülərək öldürülüb.
Ağdam rayonundan məcburi köçkün olan Lalə Muxtarova ikinci dəfə ailə qurub. Birinci ailəsi dağılan qadın əmisi oğluna ərə gedib. Bu nikahdan iki aylıq körpələri var. Lakin Lalə Muxtarova ikinci əri ilə də yola getməyib və boşanmaq qərarına gəlib. Gənc qadın artıq məhkəməyə də müraciət edib. Sadiq Muxtarov ötən axşam əmisigilə gedib və həyat yoldaşını boşanmaq niyyətindən daşındırmağa çalışıb. Tərəflər arasında mübahisə yaranıb və qanlı sonluqla bitib.
Sadiq Muxtarov arvadını öldürdükdən sonra bıçaqla özünə də xəsarət yetirib. Yaralı Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan musavat.com-a verilən məlumata görə, 26 yaşlı kişiyə tibbi yardım göstərilib, daha sonra Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.