|
Xəzər Teyyublu: “Bununla ermənilərin gələcəkdə Türkiyənin başına bəla olması üçün şərait yaradıblar”
Qardaş Türkiyədə diqqətçəkən və bizim narahatlığımıza səbəb olan məsələlərdən biri də həmin ölkənin parlamentində erməni əsilli vətəndaşların deputat seçilməsidir. Təəssüflər olsun ki, onların parlametdəki sayı azəri türklərinin qanunverici orqanda niyə təmsil olunmadığı ilə bağlı sualı da gündəmə gətirir.
Gəlin Türkiyədə keçirilən son parlament seçkilərinin nəticələrinə diqqət edək. Məlum olur ki, ölkənin üç böyük partiyası parlamentə hərəsi bir erməni deputat göndərib. Böyük Millət Məclisinə AKP-də Markar Eseyan, CHP-nin deputatlığa namizədlər siyahısında 1-ci sırada olan erməMəqaləni əsilli Selina Doğan millət vəkili seçiliblər. HDP-dən isə milliyyətcə erməni olan namizəd Garo Paylan mandat qazana bilib.
Beləliklə, Türkiyə Böyük Millət Məclisinə 54 il sonra ilk dəfə erməni millət vəkilləri seçiliblər.
İstər-istəməz belə sual ortaya çıxır: nəyə görə azərbaycanlı həmyerlilərimiz Türkiyə parlamentində təmsil oluna bilmədiyi halda, ermənilər asanlıqla qanunverici orqanda təmsil oluna bilir?
Klassik Xalq Cəbhəsi Partiyasının qurultaya hazırlıq komitəsi və partiya idarə heyətinin üzvü Xəzər Teyyublu “Bakı-Xəbər”-ə açıqlamasında bildirdi ki, bunun bir sıra səbəbləri var: “Mən bunu Türkiyədəki hakim partiyanın yürütdüyü siyasətlə izah edə bilərəm. Məhz buna görədir ki, artıq Azərbaycan cəmiyyətində Türkiyəyə başqa münasibət var, oranı idarə edən hakimiyyətə isə başqa. Doğrudan da qardaş ölkənin parlamentində ermənilərin təmsil olunması üzücüdür. Demokratiyadırsa, onda azərbaycanlılar niyə yoxdur? Təbii ki, buna siyasi yönlü cavab verənlər də tapılacaq ki, nə fərqi var, onsuz da biz qardaş ölkələrik. Xeyr, belə deyil. Siyasətdəyiksə, hər şeyi öz adı ilə çağırmalıyıq. Niyə 50 il ərzində bu hal yaşanmırdı. Məgər həmin müddətdə Türkiyədə demokratiya olmayıb? Fərq bundadır ki, bundan əvvəl azərbaycanlılar parlamentdə olub, ermənilər kənarda qalıb. İndi proses tərsinə gedir.
Doğrudan da maraqlıdır ki, erməni özünə düşmən kimi saydığı Türkiyə mühitində necə qalib gələ bilir? Erməni əsilli şəxslərin türk parlamentinə seçilməsinin Konstitusiyaya aidiyyəti yoxdur. Yəni sanki razılaşdırılmış bir məsələyə bənzəyir. Çünki onların adları partiya sıralarında geridə yazılsaydı, parlamentə düşə bilməyəcəkdilər. CHP-dən, AKP-dən və kürdlərin partiyasını təmsil edən bir namizəd veriblər. Bu namizədlər siyahıda elə yerləşdirilib ki, qalib gəliblər. Buna görə bir millətdən olan erməni üç fərqli partiyadan təmsilçilik əldə edib. Danışılmış, sistemli, xaricdən idarə olunan bir prosesə bənzəyir. Hesab edirəm ki, bununla ermənilərin gələcəkdə Türkiyənin başına bəla olması üçün şərait yaradıblar. Ancaq bu mövzuda başqa bir vacib məqama da toxunmaq istəyirəm ki, azərbaycanlılar, təəssüflər olsun, belə strateji məsələlərdə zərbəni eyni nöqtəyə vura bilmirlər. Azərilərin sıx yaşadığı bölgələrdə iki nüfuzlu şəxs bir-birilə yarışıb. Nəticədə səslər parçalanıb və başqaları qalib gəlib.