|
24 oktyabr 2016-cı ildə, Klassik Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin yığıncağı keçirilmişdir. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.
İdarə Heyətinin yığıncağında 16 oktyabr 2016-cı il KXCP Ali Məclisinin Sessiyasının nəticələri müzakirə edilmiş, uyğun qərarlar qəbul edilmişdir.
Yığıncaqda Azərbaycan Respublikasının Ölkə Başçısı İ.Əliyevin Dağlıq Qarabağa Muxtar Respublika statusu verilməsi ilə bağlı açıqladığı fikir müzakirə edilmişdir. Müzakirənin nəticəsi olaraq bildirilmişdir ki, İ.Əliyevin bu təklifi Azərbaycan Respublikasının Konstitusiyasına - Azərbaycanın Unitar Dövlət prinsipinə ziddir. Bu mövqe Azərbaycan Xalqının 1988-ci ildən başlanan və Dağlıq Qarabağın Muxtar vilayət statusunun ləğv edilməsi ilə nəticələnən mübarizəsini nəzərə almamaq, bu mübarizədə on minlərlə şəhidlərimizə sayğısızlıq və təcavüzkarları dəstəkləməkdir.
KXCP Ölkə Başçısını Azərbaycan Respublikasının Konstitusiyasına əməl etməyə çağırır.