|
İraqın baş naziri Heydər İbadi dövlət televiziyasında çıxış edərək Mosulda İŞİD-ə qarşı əməliyyatın başladığını açıqlayıb.
İbadi Mosulun mərkəzinə yalnız ordunun və polis qüvvələrinin girəcəyini söyləyib.
Əməliyyatda türk əsgərlərinin təlim keçdiyi 2000 sünni iraqlı da iştirak edəcək. Əməliyyat çərçivəsində artıq biri Başehrə kəndi olmaqla 7 kənd İŞİD-dən təmizlənərək peşmərgə qivvələrinin nəzarətinə verilib.
Əməliyyatlarda 15 – 18 min arası peşmərgə qüvvəsinin iştirak etməsi gözlənilir. 11 saat davam edən iclasdan sonra gecə saatlarında başladılan və Bağdad, Ərbil və koalisiya qüvvələri tərəfindən həyata keçirilən Mosul əməliyyatının 5 mərhələdən ibarət olacağı bildirilir.
Əməliyyatın ilk mərhələsinin 48 saat, şərtlərin yerinə yetəcəyi təqdirdə ikinci mərhələnin də 6 gün davam etməsi ehtimal olunur.
Sabiq Mosul valisi və Ninova Keşikçilərinin komandiri Asil Nuceyfi Türkiyə ordusunun təlim keçdiyi sünni mosullulardan ibarət qrupun əməliyyatda iştirak edəcəyini açıqlayıb. /Avropa.info/