|
Prezident İlham Əliyev Türkiyədə keçirilən XXIII dünya enerji konqresində iştirak etmək üçün bu ölkəyə səfər edib.
“Anadolu” agentliyinin xəbərinə görə, oktyabrın 9-daAzərbaycanın dövlət başçısı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Görüş işçi nahar çərçivəsində keçiriləcək.
Oktyabrın 10-da İstanbulda dünya enerji sammiti açılacaq.
Dünyanın 80 ölkəsindən 50 ölkə başçısı, 54 baş nazirin, ümumilikdə 266 dövlət rəsmisinin iştirak edəcəyi sammitdə TANAP, TAP və“Türk axını” layihələrinin müzakirəsi olacaq.