|
Klassik Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin yığıncağı keçirilmişdir.
Teleqraf.az xəbər verirki, yığıncaqda qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər muzakirə olunmuş, muvafiq qərarlar qəbul edilmişdir.
İdarə Heyəti KXCP Ali Məclisinin novbəti sessiyasını 16 oktyabr 2016-cı il saat 11:00-da keçirilməsi ilə bağlı qərar qəbul etmişdir. Ali Məclisin gündəlik layihəsi və qəbul olunacaq sənədlərin layihələri qəbul edilmişdir.
Yığıncaqda ölkənin sosial iqtisadi və maliyyə durumu muzakirə edilmiş, hakimiyyətin butun sahələr uzrə apardığı bahalaşma siyasətinin araşdırılaraq qiymətləndirilməsi və uyğun sənədlərin hazırlanması İdarə Heyətinin uzvlərinə tapşırılmışdır.