|
Türkiyənin "TMB TV"sində yayımlanan “Pərəstişkarların savaşı” (“Fan savaşları”) yarışmasının budəfəki hədəfi xalq artisti Aygün Kazımova və müğənni Yıldız Tilbe olub.
Teleqraf.az-ın məlumatına görə, tanınmış ifaçıların fanatlarını üz-üzə qoyan yarışmanın nəticələri açıqlanıb. Belə ki, Aygün Kazımova 51 faiz səs toplayaraq, qalib gəlib.
Qeyd edək ki, yarışmanın qaydasına əsasən hər iki sənətçinin fotoları telekanalın rəsmi internet və “Facebook” səhifələrində paylaşılıb. Pərəstişkarları sosial şəbəkədə sevdikləri müğənninin adını yazaraq ona səs verirlər. Ən çox səs toplayan ifaçı və fanatları qalib hesab edilir. Qələbə qazanan sənətçinin mahnıları və klipləri isə gün ərzində adıçəkilən kanalda nümayiş edilir.