Qalibə 30 min manat pul mükafatı verilib.

“Səs Azərbaycan” yarışmasının böyük final gecəsi keçirilib.

Oxu.Az xəbər verir ki, yarışmada xalq artisti Faiq Ağayevin tələbəsi Hüseyn Abdullayev, Manana Çaparidzenin tələbəsi Səmra Rəhimli, əməkdar artist Tünzalə Ağayevanın yetirməsi Samirə Əfəndiyeva, xalq artisti Mübariz Tağıyevin komandasından Emiliya Yaqubova mübarizə aparıb.
 
Xalq artisti Mübariz Tağıyevin komandasından yarışan Emiliya 90 min 283 səslə qalib olub. Xalq artisti Faiq Ağayevin komandasında iştirak edən Hüseyn isə 46 min 361 səslə ikinci yerə çıxıb. 

“Azərbaycanın səsi” olan Emiliyaya 30 min manat pul mükafatı verilib. 

Xəbər lenti