|
Xalq artisti İlhamə Quliyeva keçmiş köməkçisi Mehriban Hüseynova ilə yaşadığı qalmaqallardan sonra ilk dəfə canlı efirdə danışıb.
Oxu.Az xəbər verir ki, o, “Həyat tərzi” verilişində qonaq olan əməkdar artistRöya Ayxanı tərifləyib:
“Röya Azərbaycan şou-biznesinin kraliçasıdır.Təriflədiyim çox insanlar həddini aşırlar, amma Röya elə deyil, böyük-kiçik yeri bilir. O, mənim ürəyimdir”.
Daha sonra İlhamə Quliyeva uzun illərdir küsülü olduğu xalq artisti Flora Kərimovanın “ATV maqazin onlarla” verilişində səsləndirdiyi “Röya illərlə gündəmdə ola bilər, ancaq heç vaxt sənətkar ola bilməz” sözlərinə də atmaca atıb:
“Səni istəməyənlərin gözü çıxsın. Kim sənin haqqında pis fikirləşirsə, öz canına düşsün. Onun əməkdar artist adı SSRİ xalq artisti adı səviyyəsindədir”.