|
Türkiyəli müğənni Hande Yener pərəstişkarı ilə bağlı polisə müraciət edib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Gebzedə yaşayan 36 yaşlı Receb G. tvitterdə müğənniyə qarşı qeyri-etik ifadələrdən istifadə edib.
Handenin “Handem, əbədi eşqim”, "Sevgilim, ən dəyərlim”, “Cahangirə gəlirəm, yoldayam. Evinə çatıram” paylaşımlardan sonra səbr kasası daşıb. Müğənni məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Polislər Recebi sənətçinin evinin qarşısında saxlayıblar.
Araşdırma zamanı məlum olub ki, sözügedən şəxs adam yaralama və başqa qanun pozuntuları ilə bağlı axtarışda olub.