Adı açıqlanmayan tanınmış xanım sənətçinin anası qızını ifşa etmək üçün ANS-ə üz tutdu.

ANS PRESS-in məlumatına görə, sözügedən qadın Xoşqədəm Hidayətqızının "Sən tək deyilsən" layihəsinə müraciət edərək kömək istəyib.

Bağlantı otağında arxası kameraya tərəf əyləşmiş orta yaşlı qadının kimliyi açıqlanmadı. Xoşqədəm Hidayətqızı Afət Rahilqızıdan o müğənninin kimliyini və nə baş verdiyini soruşduqda, onların arasında söz atışması oldu. 

Afət Rahilqızı "hələ araşdırmamışam, heç nə deyə bilmərəm" deyərək, aparıcıya etiraz etdi. Afətin bu cavabına Xoşqədəm xanım gülərək bu sözlərlə reaksiya verdi: "Afət, mənim öz sözümü mənə qaytarırsan?". 

"Bəli, Xoşqədəm xanım, siz özününz demisiz axı, araşdırmadan heç nə açıqlamayacaq" cavabından sonra, Xoşqədəm Hidayətqızı da anasının ifşa etmək istədiyi müğənninin adını açıqlanmasına imkan vermədi.

"Əlbətdə, dəqiq araşdırılma aparılmadan o müğənninin kimliyini açıqlaya bilmərik. Biz nə baş verdiyini dəqiq bilmirik. Milyonlar baxır bizə", - deyərək, mövzunu kənara qoydu.

Həmin qadın sənətçi barəsində ipucu da verildi; o, əməkdar artist Zöhrə Abdullayeva və müğənni Mətanət Əsədovanın rəfiqəsidir.

Xəbər lenti