Ermənistan ən xoşbəxt günlərini yaşayır. Erməni əsilli amerikalı aktrisa Kim Qardaşyan bacısı, qızı və əri Kanye Uestlə İrəvana səfər edib.

  Axar.az xəbər verir ki, Zvartnots hava limanından pornoulduzu İqtisadiyyat Nazirinin müavini Sergey Avetisyan mili geyimdə, əlində çörək və duz tutan rəqqasə xanımlarla qarşılayıb. KİV-in yaydığı məlumata görə, erməni polisi Qardaşyanı və onun ailəsini hava limanına toplaşan yüzlərlə pərəstişkardan qorumaq üçün xüsusi təhlükəsizlik tədbirləri görüb.

 Yəqin ki, Ermənistan dünyanın yeganə postsovet ölkəsidir ki, pornoulduzu ölkənin ən yüksək dərəcəli qarşılama səviyyəsində – dövlət ranqında qarşılayır.

 

Xəbər lenti