|
“Okan Bayülgenin kediciyi olmaq istəyirəm”.
Türkiyənin qalmaqallı müğənnisi Sibel Meriç Beyaz TV-də yayımlanan “Oyan Türkiyəm” verilişinin qonağı olub.
Oxu.Az-ın Türkiyə mediasına istinadla məlumatına görə, şoumen Okan Bayülgenin proqramında məşhurlaşan ifaçı bu dəfə aparıcıTahir Sarıkayanın suallarını cavablandırıb.
Teleaparıcının “Adnan Hocanın kediciyi olmaq istəyərdinizmi?” sualına “Xeyir, mən Okanın kediciyiyəm. Onu aldatmaq istəmirəm. Sadəcə onun kediciyi olmaq istəyirəm. Adnan Hocaya nə gərək var?”,- deyə cavab verib.