Dekabrin 26-da Bakıda HADIJE MARKAnin təşkilatçılığıyla Türkiyənin 10 tanınmış dizaynerinin yerli modasevərlər üçün xüsusi hazırladığı geyimlərin nümayişi keçiriləcək.

Teleqraf.az-ın xəbərinə görə, türk modaçılarının əl işlərini dünyada tanıtmaq və Türkiyəni yaxın coğrafiyada yüksək moda və dizayn ölkəsi kimi təqdim etmək məqsədiylə təşkil olunacaq tədbirlər silsiləsinin ilk nümayişi Bakıda təşkil olunacaq. Defiledə dünyaca məşhur və önəmli modelyerlər Dilek Hanif, Gamze Saraçoğlu, Özgür Masur, Özlem Süer, Raisa&Vanessa, Serli Keçioğlu, Tuvana Büyükçınar, Yıldırım Mayruk, Zeynep Erdoğan və Zeynep Tosunun geyimləri nümayiş olunacaq.

Bakinın qonağı olacaq dizaynerlərin kolleksiyasını Türkiyənin tanınmış modelləri sərgiləyəcək. Defiledə baş manikenlik həmyerlimiz model və aktrisa Günay Musayevaya həvalə olunub. Bu yaxınlarda Türkiyə Azərbaycan arasında mədəniyyət elçisi mükafatına layiq görülən Günay bakılı modasevərlərin qarşısına  xüsusi kolleksiyalardan olan geyimlərlə çıxacaq.  Əsasən haute couture, gündəlik və ziyafət geyimlərinin üstünlük təşkil edəcəyi kolleksiyalarla yanaşı türk əl işləri sənət nümunələri, zinyət əşyaları, çanta və aksesuarları da azərbaycanlı modasevərlərə təqdim ediləcək. Hər bir modelyerin bakılılar üçün xüsusi hazlrladığı geyimlərdə ipək, şifon, organza kimi parçalardan və bu ilin trend rəng çalarlarından istifadə olunub.

HADIJE MARKAnin təşkil etdiyi gecədə siyasət və moda setorunun önəmli nümayındələri iştirak edəcək. Defilenin kreativ direktoru Hakan Öztürk, layihə rəhbəri isə iş qadını Hatice Aydenizdir. İki aydan artıq müddətdir hazirlıqları gedən gecənin aparıcısı Murad Dadaşov olacaq.  Defiledə 10 dizaynerin 75 geyimi sərgilənəcək. 150 nəfərə yaxın komandayla Bakıya gəlməyə hazırlaşan qonaqlar arasında modelyer və modellərlə yanaşı türkiyənin media nümayəndələri eləcə də tanınmış simaları da olacaq.

Xəbər lenti