|
Məşhurlar Şəhidlər Xiyabanında olublar.
“Muhteşem Yüzyıl” serialının Validə Sultanı Bakıya gəlib.
Oxu.Az xəbər verir ki, aktrisa Nebahat Çehre ötən gün Heydər Əliyev Mərkəzində olub.
Aktirsanın Bakıya gəlişinin səbəbi Vahid Mustafayevin “Qanlı yanvar” filminin intensiv çəkilişləri ilə bağlıdır. Bu filmdə Birləşmiş Ştatlar, Türkiyə və İranın məşhur aktyorları rol alıb. Tamaşaçıların “Santa Barbara” serialından Meyson kimi tanıdığı Lane Davies və Türkiyənin məşhur aktrisası Nebahat Çehre ötən gün filmin yaradıcı heyətinin tərkibində 20 Yanvar hadisələrinin qurbanlarını və Qarabağ müharibəsində həlak olmuş şəhidləri yad etmək üçün Şəhidlər Xiyabanında olublar.