|
Ötən gün Gürcüstanın Batumi şəhərindəki “Divan” otelinə Azərbaycanın tanınmış müğənnisi Röya Ayxan sərxoş vəziyyətdə, ərtafındakıların yardımı ilə gəlib.
Teleqraf.az xəbər verir ki,bu barədə axar.az saytına hazırda Vətəndaş Cəmiyyəti Forumunda iştirak etmək üçün Batumidə olan və hadisəyə şahidlik edən Azərbaycan nümayəndə heyətinin üzvləri məlumat verib. Mənbəmizin sözlərinə görə, Röya otelə ağ rəngli “Mersedes-Benz G-klass” (“Gelandevagen”) avtomobillə gəlib. Avtomobildən düşərkən sərbəst yeriyə bilmədiyi üçün Röyaya yanında olan azərbaycanlılar yardım edib.
Yoldaşlarının yardımı ilə “Divan” otelinə nəhayət ki, daxil olan tanınmış müğənni resepşnla sənədləşmə aparıldığı müddətdə ayaq üstə dura bilmədiyindən, foyedəki divana uzadılıb.
Bildirilir ki, Röya Ayxanı otelə gətirən “Mersedes-Benz G-klass” avtomobili Gürcüstanda çox bahalı hesab olunan “R” seriyası daşıyıb. “R” seriyası Gürcüstanda təxminən 15 min lari (7,5 min manat) qiymətindədir. Gürcüstanın iqtisadi imkanları və əhalinin yaşayış səviyyəsinə görə isə bu, olduqca böyük rəqəm sayılır.
Röya Ayxanın prodüseri Kənan da axar.az-a Röya Ayxanın hazırda ölkədə olmadığını təsdiqlədi. Onun sözlərinə görə, Röya yeni konsertinə hazırlaşır:
“Bakıda yeni konserti keçiriləcək. Ona hazırlıq və mahnılarının oranjimanı üçün Türkiyədədir. Qayıtdıqdan sonra konsert baş tutacaq”.