|
Tanınmış vəkil Aslan İsmayılov özünün feysbuk səhifəsində ziyalılara səslənib:
"HARDASINIZ, FƏLAKƏTİ GÖRMÜRSÜNÜZMÜ !"
"Deyəsən bu ölkənin ağsaqqalları, ziyalıları, xalq yazıçıları, xalq şairləri, xalq artistləri, əməkdar elm, incəsənət xadimləri, hüquqşünasları, millət vəkilləri var. Haradasız, niyə səsiniz çıxmır, qarşıdan gələn fəlakəti görmürsünüzmü? Yoxsa bu adlar, titullar sizə ancaq xüsusi imtiyazlar, evlər, bağlar, xidməti maşınlar, sərvət toplamaq üçün lazımdır? Siz bu xalqın nümayəndəsi deyilsinizmi? Uçuruma getdiyimiz vaxt necə rahat yata bilirsiniz? Yoxsa qarşıdan gələn fəlakətin sizə toxunmayacağını düşünürsünüz? Heçmi başa düşmürsünüz ki, hakimiyyət özünü elə duruma salıb ki, bu vəziyyətdən heç cür çıxa bilməyəcək. Çıxış yolu isə hamılıqla durumun acınacaqlı olduğunu anlamaqdan və birlikdə bu durumdan çıxmağa çalışmaqdan keçir. Artıq məni, səni, iqtidarı, müxalifəti, ziyalını, savadsızı, varlını, kasıbı yox, hamımızı fəlakətə aparan bir yoldayıq. Bunu anlamaq vaxtıdır. Sonra gec olacaq."