|
Ukraynalılar prezident Pyotr Poroşenkonun saytında Odessa qubernatorunun baş nazir təyin edilməsinə dair bir neçə petisiya dərc ediblər.
Nezalejni sakinləri hökumətin başında Arseni Yatsenyuku deyil, Mixeil Saakaşvilini görmək istəyirlər.
- Qoy adam, nəhayət ki, Ukraynada islahatlar aparsın. Bəsdir rüşvətxorluğa və islahatların uzadılmasına dözdük, - petisiyaların birində deyilir.
Qeyd edilir ki, müraciətlərdən birinə 450 nəfərdən çox adam, digərinin altında isə 500 nəfər yazılıb. Petisiya ümumilikdə 90 gün ərzində 25 min səs toplamalıdı.
50-yə yaxın ukraynalı Mixeil Saakaşvilinin Nezalejninin prezidenti təyin edilməsini tələb edən petisiyanın altına imza atıblar.
Xatırladaq ki, bir müddət öncə sosial şəbəkə istifadəçiləri Odessa qubernatorunu əyninə kostyumun yaxşı oturmadığı üçün məzəmmət edirdilər. Mixeil Saakaşvili yeni milis patrullarının andiçmə mərasiminə qəribə görünüşdə gəlmişdi. Odessa qubernatorunun köklüyü ucbatından şalvarı dartılmışdı və elə görünürdü ki, o şalvarı tərs geyinib.