|
PKK terror qruplaşmasının üzvləri Türkiyənin Mazgird bölgəsinin AKP başqanını əsir alıb.
Axar.az türk mətbuatına istinadən xəbər verir ki, Mazgird yaxınlığında yolu kəsən terrorçular Mazgird AKP başqanı Süleyman Canpoladın maşınını saxlayıblar.
PKK-çılar “Biz sənə dəfələrlə xəbərdarlıq etdik, amma məhəl qoymadın və başqanlığa davam etdin” – deyərək Canpoladı əsir alıblar. Lakin Canpoladın yanında olan digər şəxsləri azad ediblər.