Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın “İstər qəbul edin, istərsə də etməyin: Türkiyədə idarəçilik sistemi dəyişib” çıxışına cavab verib.
Axar.az xəbər verir ki, Dövlət Baxçalı Tvitter hesabından Ərdoğanın açıqlamalarına sərt reaksiya göstərib. O, son dövrlərdə Türkiyədə baş verən olaylara diqqət çəkib: “Hər gün şəhid veririk, amma bəziləri üçün hər şey yaxşıdır. Artıq əxlaq sistemi alt-üst olub. Bizə milli Hitler, Stalin, Qəzzafi lazım deyil. Hər gün övladlarımız şəhid olur. Sistem dəyişdi deyənlərlə sistemin qatilləri ortaq məxrəcdə görüşürlər”.