|
Hz. Peyğəmbərin yoldaşını təhqir edən kəs günahkar və münafiqdir.
Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şiə dünyasının böyük mərceyi-təqlidi Ayətullah Seyid Əli Sistani şiə və sünni təriqətindən olan müsəlmanlar arasında ayrılıq salma məqsədilə peyğəmbərin xanımı Həzrəti Ayişəni təhqir edən şiələri günahkar və münafiq elan edib. Şiə təriqətində saysız müqəllidi olan Ayətullah Sistani peyğəmbərin pak zövcəsi Ayişə və digər 3 xəlifəni təhqir edənlərin şiə görünüşlü sionist, Azamiyə yaxınlığında edilən çirkin hərəkətin qəbul edilməz bir hərəkət olduğunu bildirib. Seyid Əli Sistani bundan əlavə əhli-beytin, imamların yolunda gedənlərin bu cür çirkin hərəkətlərdən uzaq olduğunu bildirib.
Ayətullah Sistani İraqın Baş naziri Nuru Malikidən bu çirkin və əxlaq xaricində olan hərəkəti edənlərin dərhal cinayət məsuliyyətinə cəlb olunmasını və layiqli cəza verilməsini istəyib.