|
Suriya ordusu tərəfindən müxalifət qüvvələri bombardıman edilən zaman səhvən Türkiyə ərazisinə düşən Fateh-110 raketi Türkiyəni qoruyan NATO-ya məxsus Patriotlar tərəfindən müəyyən edilməyib.
Axar.az xəbər verir ki, Türkiyə Baş Qərargah rəisliyi Patriot batareyalarının Adana, Kahramanmaraş və Qaziantep şəhərlərində quraşdırıldığını, raketin düşdüyü ərazini əhatə etmədiyini bildirib.
Qeyd edək ki, ötən gün Suriya ordusunun atəşi nəticəsində Türkiyənin Hatay bölgəsinin 5 vətəndaşı xəsarət alıb.