|
Milliyyətçi Hərəkat Partiyasının (MHP) XI Böyük qurultayı Novruz şənlikləri ilə eyni gün də keçiriləcək.
Teleqraf.az-ın xəbərinə görə, partiyada 21 martda keçiriləcək qurulutayın həm də Novruz şənliyinə çevrilməsi üçün xüsus proqramlar hazırlanıb. Novruz bayramının qədim Türk bayramı olduğunu nümayiş etdirmək üçün qurultaydan qabaq Arena idman salonunun arxa sahəsində Novruz tonqalı yandırılacaq. Novruz bayramı münasibəti ilə xalq rəqsləri də nümayiş etdiriləcək.