|
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir edən 16 yaşlı lisey şagirdi həbs olunub.
ANS PRESS-in məlumatına görə, Türkiyənin əsas müxalifət partiyası olan CHP-nin Gənclər Təşkilatının Konyada keçirdiyi tədbirdə hökuməti korrupsiyada ittiham edən 16 yaşlı Altunsəs səhəri gün oxuduğu liseydə polislər tərəfindən saxlanılıb.
Polis 16 yaşlı Altunsəsin evində olmadığını görüb, oxuduğu məktəbə gedərək onu həbs edib. Altunsəsin ifadəsi prokurorluqda alındıqdan sonra işi məhkəməyə göndərilib. Konya 1-ci Sülh Cəza hakimi şagirdin istintaqdan qaçacağını əsas gətirərək barəsində həbs qərarı çıxarıb.
Lisey şagirdinin cinayəti sübut olunsa onu 1 ildən 4 ilə kimi həbs cəzası gözləyir.