|
Rusiya İstintaq Komitəsi də ukraynalı deputatları hədələyib
Çeçenistan rəhbəri Ramzan Kadırov xüsusi xidmət və hüquq-mühafizə orqanlarına Ukraynanın 3 deputatına qarşı cinayət işi başlamağa və onları tutub Qroznıya gətirməyə göstəriş verib. Analitik.az-ın məlumatına görə, barəsində göstəriş verilən deputatlar – Yuriy Bereza, Andrey Levus və İqor Mosiyçukdur.
Onlar Qroznıda baş verən terror aktını dəstəkləməkdə təqsirləndirilir. “Yeni yaranmış şəraitlə əlaqədar olaraq mən bu şəxslərin barəsində sərt tədbirlər görülməsinə və onların tutularaq Çeçenistana gətirilməsinə göstəriş verdim. Bu qərar, həmçinin, digər cinayətkar İsa Munayevə də aiddir. Qroznıda baş verən teraktlarda onların rolunu araşdırmaq zərurəti yaranıb”. Rusiya mətbuatının xəbərinə görə, R.Kadırov özünün İnstagram səhifəsində yazıb.R.Kadırovun sözlərinə görə, bu şəxslər Qroznıda 14 polis əməkdaşının ölümü ilə nəticələnən terror aktını açıq müdafiə ediblər: “Deputat adlandırılan bu şəxslər banditlərin hərəkətinə dəstək verməyə çağırıblar”. Çeçenistan rəhbəri bildirib ki, Ukraynanın bəzi siyasətçiləri “Qafqazda terrorçu qalıqlarına maliyyə və digər yardım da göstərə bilərlər”.
Qeyd edək ki, bundan əvvəl – dekabrın 5-də Rusiya İstintaq Komitəsi də ukraynalı deputatlara qarşı cinayət prosessual tədbirlərin başlanması zərurətini açıqlayıb. Bu barədə Komitənin sədri Vladimir Markin bəyan edib.Risiyanın cinayət qanunvericiliyində (CM 205) “terror aktlarının həyata keçirilməsinə açıq çağırış və ya terrorçuluğa açıq haqq qazandırma” əməlinə görə 7 ilədək həbs cəzası nəzərdə tutulur. Məhz bu maddə ilə ukraynalı deputatlara qarşı cinayət işinin başlanması ehtimalları var.
Buna qədər isə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Urayna deputatlarının
Qroznıda baş vermiş terakta dair bəyanatlarına münasibət bildirmişdi.
Analitik.az-ın məlumatına görə, dekabrın 4-də deputatlar Yuriy Bereza və İqor Mosiyçuk Qroznıda silahlıların YPX postuna hücumuna dəstək çıxışı etmişdilər. Rusiya mətbuatında bu bəyanatlar Rusiyada, eləcə də Çeçenistanda sabitliyin pozulmasına çağırış kimi qiymətləndirilir. İ.Mosiyçuk Ukrayna dövlətini Qafqazda və Orta Asiyada bu cür hərəkətləri stimullaşdırmağa çağıran çıxış edib.
Xatırladaq ki, dekabrın 4-ə keçən gecə yaraqlıların YPX postuna hücumu ilə başlayan toqquşma nəticəsində 14 polis həlak olub, 28-i yaralanıb. Silahlı hücumun arxasında öldürülmüş terrorçu Doku Umarovun qardaşının dayandığı bildirilir.