|
"Arvadından küsən, işdən çıxarılan, kreditini verə bilməyən gəlib Bakıda çıxır "Koroğlu" körpüsünə"
Deputat Etibar Hüseynov Koroğlu körpüsündəki intihara cəhd halları haqqında özünün Facebook səhifəsində status paylaşıb.
Teleqraf.az həmin statusu təqdim edir:
"Bu nə biabırçılıqdı anlamıram. Arvadından küsən, işdən çıxarılan, kreditini verə bilməyən gəlib Bakıda çıxır "Koroğlu" körpüsüne. Saatlarla davam edən tıxac paytaxtın bütün hərəkət ritmini pozur, insanlar nə qədər əsəb və problem yaşayır belələrinə görə. Və bütün bunların fonunda da bu intihar təlxəkləri heç bir cəza almır. Cəzasızlıq isə bu təlxəkləri daha da ruhlandırır. Mən anlamıram - nədən bunun qarşısı alınmır? Bəziləri təklif edir ki, o körpünün yanında polis postu qurulsun və.s. Amma ehtıyac yoxdu və vəziyyətdən də çox sadə çıxış yolu var. Bu da körpünü hər iki tərəfdən tutacaqlarını tikanlı-polad məftillə təxminən 1metr məsafədə sarımaqdı. Vəssəlam. Bunudamı mən deməliydim?"