|
Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Livanın sabitliyi üçün Hizbullah ilə əməkdaşlığa hazır olduqlarını açıqlayıb.
Yaxın Şərq mənbələrinin verdiyi xəbərə görə, nazir müavini Mixail Boqdanov söyləyib ki, rəsmi Moskva "Hizbullah"ın Livanın siyasi həyatında mühüm və konstruktiv bir gücə malik olduğuna əmindir.
Rusiyanın mövcud vəziyyətdə Livana siyasi dəstək verdiyini ifadə edən M.Boqdanov deyib: "Hizbullah Livanda mühüm bir siyasi gücdür. Moskva Livanın və bölgənin təhlükəsizlik və sabitliyi üçün Hizbullahla əməkdaşlıq etməyə hazırdır".
Suriyada baş verən proseslərə də toxunan Mixail Boqdanov, Rusiyanın Suriyadakı müxalifət partiyaları ilə də yaxın əlaqələrə malik olduğunu qeyd edib. O, Suriyadakı böhranın daxili dialoqla həll oluna biləcəyinə inandığını qeyd edib.