|
Böyük Britaniya İran İslam Respublikasının bir sıra banklarına və elmi mərkəzlərinə tətbiq etdiyi iqtisadi sanksiyaları aradan qaldırıb.
Teleqraf.az anspress-ə istinadən xəbər verir ki, Avropa məhkəməsinin qərarından sonra Britaniya bu addımı atıb.
Beləliklə də, İranın “Moellim”, “Sina”,”Sorinet” banklarına, Tehranın “Şərif” texnologiya universitetinə və eyni adlı elmi mərkəzə qarşı tətbiq etdiyi sanksiyalara xitam verib.