|
Əfqanıstanın müxtəlif bölgələrində Talibana qarşı əməliyyatlarda 53 nəfərin öldüyü bildirilib.
Daxili işlər Nazirliyindən verilən məlumata görə, son 24 saatda ölkənin Badahşan, Kandahar, Zabul, Uruzgan, Helmand, Farah və Nangarhar şəhərlərində keçirilən əməliyyatlarda 44 hərbiçi öldürülüb, 73 hərbiçi yaralanıb.
Çox sayda silah və partlayıcının ələ keçirildiyi əməliyyatlarda, 9 Əfqan əsgərinin də həyatını itirdiyi qeyd edilib.
Əməliyyatlarda, Taliban tərəfindən ölkə daxilində yol kənarına yerləşdirilmiş 43 bombanın Əfqan qüvvələri tərəfindən zərərsizləşdirildiyi qeyd olunub.
Digər tərəfdən, ötən cümə Əfqanıstanın Farah şəhərində Taliban tərəfindən qaçırılan iki polisin cəsədləri bu gün şəhərin Poşte Rod rayonunda tapılıb./Teleqraf.az/