|
Türkiyənin haberverturkiye.com saytı Naxçıvan Muxtar respublikasının ali məclis sədri Vasif Talıbovun PKK terror təşkilatına yardım etdiyini iddia edib.
Teleqraf.az xəbər verir ki, iddiaya görə İlham Əliyevin də xəbərdar olduğu hadisədə, Vasif Talıbovun PKK ya Rusyadan gələn Kalaşnikov marka silahlarını sərhəddən təhlükəsizlik axtarışı etmədən keçirdiyi bildirilib. Bundan əlavədə iddiaya görə, PKK-nın Qafqaz bölgəsindəki narkotik trafikinə dəhliz təmin etmiş və maddi qaynaq təminində terror təşkilatına kömək etmişdir. Türkiyədə son zamanlarda artan qaçaq siqaret satışında Naxçıvan üzərindən axan trafikin səbəb olduğu da iddia edilir. "Cihan" adlı siqaretin Naxçıvanda şəxsən ali məclis sədrinin fabrikində istehsal edildiyi göstərilməklə, Türkiyədəki siqaret bazarındakı "Cihan" siqaretinin artımı və təşkilatın mağaralarının bir çoxundan eyni siqaretlərin tpılması qaynaq olaraq göstərilib