|
Tahir Abbaslı: Dövlətçiliyimizin ağır zərbə alması təhlükəsi var
ABŞ prezidenti Barak Obamanın Azərbaycanın adını diktatura rejimləri ilə birgə çəkərək tənqid etməsindən sonra Avropa Parlamentinin də Azərbaycan haqqında qətnamə qəbul etməsi, Qərblə Azərbaycan hakimiyyəti arasında ciddi fikir ayrılığı olduğunu deməyə əsas verir. Azərbaycan Parlamentinin Avropa Parlamentinə qarşı kəskin bəyanatı da vəziyyətin ciddiliyinin göstəricisidir.
Teleqraf.az-ın əməkdaşı bu məsələ ilə bağlı Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) Sədri Tahir Abbaslının münasibətini öyrənib.
Tahir Abbaslı bütövlükdə dövlətçiliyimizin təhlükədə olduğunu bildirərək bunları dedi:
Bismilləhir rahmənir rahim
İstər ABŞ prezidenti Barak Obamanın tənqidi və istərsə də Avropa Parlamentinin 2014-cü il 18 sentyabr tarixdə "Azərbaycanda İnsan Hüquqlarının Kobud Pozulması Haqqında" qətnamə qəbul etməsi Azərbaycan hökumətinə ciddi mesajlardır ki, Rusya ilə Qərb arasında seçim etsin və mövqeyini müəyyənləşdirsin. Artıq vaxt yetişib. Əks təqdirdə hər şey gözlənilə bilər.
Azərbaycan hökuməti indi çox çətin durumdadır. Belə ki, Qarabağın birdəfəlik itirilməsi təhlükəsi məsələsində Rusiya ilə üz-üzə gəlir. Rus ordusu Ermənistanda olduğundan, bütövlükdə dövlətçiliyimizin ağır zərbə alması təhlükəsi var. Bu qaranlıq olaylardan qurtulmaq üçün ancaq və ancaq demokratik seçkilər keçirilməli, demokratik təəsisatlar yaradılmalı və indiki idarəetmə sistemindən tədricən uzaqlaşılmalıdır.