|
Parlament Dağlıq Qarabağ respublikası ilə bağlı qanun layihəni qəbul etməyib
Ermənistan parlamenti qondarma Dağlıq Qarabağ respublikasının tanınması haqqında qanun layihəsini qəbul etməyib.
ANS PRESS-in Ermənistan mətbuatına istinadən məlumatına görə, parlamentin xarici əlaqələr üzrə daimi komissiyası qondarma Dağlıq Qarabağ respublikasının tanınması haqqında qanun layihəsinin gündəliyə daxil edilməsini məqsədəuyğun hesab etməyib.
Parlamentin “İrs” fraksiyası tərəfindən irəli sürülən qanun lahiyəsi komissya üzvlərinin əksəriyyəti tərəfindən bəyənilməyib.
Fraksiyanın rəhbəri Zarui Postancyan deyib ki, bu qanun layihəsinin qəbul edilməsi ölkənin Gömrük İttifaqına üzv olması baxımından aktualdır.