|
Cənubi Kipr rəhbərliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan BMT Təhlükəsizlik Şurasına şikayət edib.
Teleqraf.az axar.az-a istinadən xəbər verir ki, C. Kipr Rəhbərliyi Ərdoğanın Şimali Kiprə ziyarətini və səfəri çərçivəsində səsləndirdiyi fikirləri bəyənmədiyi üçün bu addımı atıb.
Cənubi Kipr Xarici İşlər Nazirliyi Prezident Ərdoğanın kiprli türklərin azlıq halına gətirilməsinə icazə verməyəcəyini və Yunanıstan ilə İngiltərənin müdaxilə etməsinin lazım olduğu istiqamətindəki sözlərindən narahat olub və BMT Təhlükəsizlik Şurasına məktub göndərərk Ərdoğanın Şimali Kipr Respublikasına səfərinin qeyri-qanuni olduğunu bildirib.